logo

XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər

17:57 22-01-2021 | icon 1540
XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər

Yanvarın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibətilə səmimi təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlərin gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.