logo

Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

15:55 19-01-2021 | icon 1855
Azərbaycanda daha 305 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər müalicə olunaraq sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 min 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 216 min 720 nəfər müalicə olunaraq sağalıb, 3032 nəfər vəfat edib. Aktiv xəstə sayı 7944 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 328 min 507 test aparılıb. Bugünkü test sayı isə 6915-dir.