logo

Gənc cüdoçularımız İtaliyada 6 medal qazanıblar

15:27 09-04-2018 | icon 3017
Gənc cüdoçularımız İtaliyada 6 medal qazanıblar

İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən xəbərə görə, beynəlxalq turnirdə təmsilçilərimiz 6 medal qazanıblar.

Turnirdə 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medala sahib olublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.