logo

Qadın şahmatçıların  Avropa çempionatına start veriilir

11:36 08-04-2018 | icon 2870
Qadın şahmatçıların  Avropa çempionatına start veriilir

Bu gün Slovakiyanın Vısoki Tatra şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatına start veriləcək. YeniAvropa xəbər verir  ki , yarışda 30 ölkədən 144 şahmatçı qadın, o cümlədən 77 qrossmeyster iştirak edəcək.

Sayca 19-cu dəfə təşkil olunan turnir İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.

Azərbaycanı bu turnirdə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edəcəklər.

Əsas vəzifə qadın iştirakçıların top 14-lüyünə daxil olmaqdır. Çünki qadınlar arasında şahmat üzrə dünya çempionatına məhz 14 nəfər təsnifatdan keçir.