logo

Azərbaycan Dünya Kubokunda Kuba və Qazaxıstanı darmadağın etdi

10:50 08-04-2018 | icon 3591
Azərbaycan Dünya Kubokunda Kuba və Qazaxıstanı darmadağın etdi

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürüb. YeniAvropa xəbər verir  ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır.  A qrupunda isə ABŞ, Hindistan, Gürcüstan və Yaponiya komandaları yarışırlar. 


İlk yarış günündə yığmamız Kuba və Qazaxıstan komandası ilə qarşılaşıblar. Azərbaycan güləşçiləri hər iki komandanı böyük hesabla məğlub ediblər:

AZƏRBAYCAN - Kuba 8:2

57 kq - Georgi Edişeraşvili - Andreu Orteg R.(CUB) 7:3
61 kq - Əhmədnəbi Qvarzatilov - Yowlys Bonne Rordigues (CUB) 8:0
65 kq - Hacı Əliyev - Valdes Tobie A. (CUB) 2:8
70 kq - Coşqun Əzimov - Franklin Maren Castillo (CUB) 7:3
74 kq - Hacımurad Ömərov - Livan Lopez Azcuy (CUB) 2:6
79 kq - Cəbrayıl Həsənov - Yoan Adrian Zulueta Morales (CUB) 10:0
86 kq - Aleksandr Qostiyev - Yurieski Torreblanca Queralta (CUB) 3:2
92 kq - Aslanbek Alborov - Lazaro Daniel Hernandez Luis (CUB) 7:4
97 kq - Roman Bəkirov - Salas Perez R. (CUB) 3:0
125 kq - Cəmaləddin Məhəmmədov - Yudenny Alpajon Estevez (CUB) 3:2

AZƏRBAYCAN - Qazaxıstan 9:1

57 kq - Əfqan Xaşalov - Muxambed Kuatbek (KAZ) 8:1
61 kq - Əhmədnəbi Qvarzatilov - Rassul Kaliyev (KAZ) 15*:15
65 kq - Hacı Əliyev - Sayatbek Okassov (KAZ) 7:1
70 kq - Coşqun Əzimov - Meirjan Aşirov (KAZ) 7:0
74 kq - Hacımurad Ömərov - Daniyar Kaisanov (KAZ) 2:1
79 kq - Cəbrayıl Həsənov - Saken Aitjanov (KAZ) 8:1
86 kq - Aleksandr Qostiyev - Elxan Assadov (KAZ) 3:0
92 kq - Aslanbek Alborov - İlisxan Çilayev (KAZ) 10:0
97 kq - Roman Bəkirov - Mamed İbraqimov (KAZ) 3:2
125 kq - Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay (KAZ) 3:3*

Bu gün , 8 aprel, saat 19:00 da isə  AZƏRBAYCAN - Monqolustan qarşılaşması keçiriləcək. Azərbaycan qrupunda birinci yeri tutacağı təqdirdə bazar ertəsinə keçən gecə saat 1-də finalda “A” qrupunun qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.