Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb.Türkiyə mətbuatının yazdığına görə, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.
Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq, Qalatasaray?" paylaşımı edib. Onun dekabrın 24-də Super Liqanın XVII turunda "Göztəpə" ilə oyunda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.
Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kubokunu, 1 dəfə isə UEFA Super Kubokunu qazandırıb.T