Əsgərimiz Şuşadan video-müraciət etdi: “DSMF balalarımı ac qoyub”
Dövlət Sosial Müdafiə Fondu ikinci Qarabağ döyüşçüsü Rahib Ağayevə verilən sosial yardımı dayandırıb.
YeniAvropa xəbər verir ki, bu haqda döyüşçünun özü sosial şəbəkədə video görüntü paylaşıb. Rahib Ağayev məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib:
"Yardımlı rayonundanam. Müharibə başlayanda könüllü olaraq döyüşə gəldim, Cəbrayıl, Füzuli, Hadrud və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hazırda isə Şuşadayam. Mən döyüşlərə gəlməmişdən əvvəl sosial yardım alırdım. Burada olanda DSMF gəlib yoxlanış aparıb və döyüşdə olmağıma baxmayaraq sosial yardım almağa imtina cavabı verib. Prezidentdən və nazirlərdən xahiş edirəm, mənim sosial yardım almağıma kömək etsinlər”.
Döyüşçü vəziyyətinin ağır olduğunu dilə gətirib:
"Uşaqlarım acdır. Heç bir yerdə işləmirəm. Fəhlə işləyib balalarımı saxlayırdım. Bu dəqiqə uşaqlarım ailə üzvlərimlə qonşuların öhdəsində qalıb. Minomiyot düşüb gözlərimdən zədə almışam, xəstəxanada da yatmışam, müalicə olunmuşam. Belə bir vəziyyətdə DSMF mənim yardımımı kəsib. Çox məyus oldum. Dövlət bizə nə lazımdırsa edir, amma ... Xahiş edirəm məni sosial yardımla təmin eləsinlər”.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ağayev Rahibin sosial yardımın kəsilməsinə səbəb tələb olunan məlumatları düzgün qeyd etməməsi olub:
"Ailəsinə sosial yardım təyin edilməsi üçün müraciət edərkən ərizə-bəyannamədə məlumatları düzgün qeyd etmədiyi üçün yardım təyin olunmasından imtina edilib. Belə ki, onun ailəsi ilə ayrı təsərrüfat olmasına baxmayaraq, atası Ağayev Savadxan Tapdıq oğluna məxsus fərdi yaşayış evində onunla birgə yaşadığı aydın olub. Lakin R.Ağayev bunu müraciət zamanı qeyd etməyib, həmçinin əmlakı barədə yanlış məlumat qeyd edib. Ona görə də R.Ağayevin ailəsinə ünvanlı sosial yardım almaq üçün yenidən elektron qaydada müraciət etmələri və müraciət edərkən ailənin tərkibi, əmlakı və s. barədə məlumatları ərizə-bəyannamədə qeyd etmələri tövsiyə edilib. Ailənin elektron qaydada müraciət etməkdə çətinlikləri olarsa, bu sahədə köməklik göstəriləcəyi də bildirilib. Müraciət edildikdən sonra ailənin sosial yardım almaq hüququna qanunvericiliyə uyğun qaydada baxılacaq”.
ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu
Nazir Səbailin polis bölməsinin rəisini vəzifədən azad etdi
İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi
Tokio Olimpiadasının tamaşaçılarsız keçirilməsi 23,4 milyard dollar zərər vura bilər
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır”
ABŞ-ın Rusiyadakı etirazları dəstəkləməsi Kremli qıcıqlandırdı
Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu
Azərbaycanda 4,2 ballıq zəlzələ oldu
Türkiyədə “Sputnik V” peyvəndi istehsal olunacaq
Səfərbərlikdən tərxis olunmuş 5298 hərbçinin müraciətinə baxılıb
Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü
İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verdi
Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi
Prezident SOCAR-ın idarə edilməsini dəyişdirdi-Müşahidə Şurası yaradıldı
İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - Video
İlham Əliyev AMEA Naxçıvan bölməsinin sədrini "Şöhrət" ordeni ilə təltif edib
Salyan Gigiyena Mərkəzinin direktoruna cinayət işi aşıldı
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasına yollanırlar
Dövlət Neft Fondunun qızıl ehtiyatları 102 tona çatır
MN Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinin videogörüntülərini yayıb
Vüqar Səfərli ev dustaqlığına buraxılır?-Apelyasiya şikayəti verildi
Paytaxtda “KIA” yolu keçən qadını vurub öldürdü
Sabah Bakıda 8° isti olacaq
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib