logo

Mayya Sandunun andiçmə mərasimi dekabrın 24-də olacaq

15:55 30-11-2020 | icon 2415
Mayya Sandunun andiçmə mərasimi dekabrın 24-də olacaq

Yeni seçilmiş Moldova prezidenti Mayya Sandunun andiçmə mərasimi dekabrın 24-də Kişineudakı "Respublika" sarayında keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Moldovanın yeni prezidenti Mayya Sanduya istinadla yayılan xəbərdə bildirib ki, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.

Xatırladaq ki, Moldovada prezident seçkisi noyabrın 2-də keçirilib.Seçkiyə qatılan 8 namizəddən yalnız ikisi müxalifətin lideri-keçmiş baş nazir Mayya Sandu seçicilərin 36,16 faizinin səsini, hazırkı prezident İqor Dodon isə seçicilərin 32,61 faiz səsini qazana bilib.

Digər 6 namizəd isə daha az səs toplayıblar.

Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu təyin edilib.

Beləliklə,noyabrın 15-nə təyin olunan seçkilərin ikinci turunda Avropanı dəstəkləyən siyasi platformadan çıxış edən Mayya Sandu ilə Moskva ilə sıx əlaqə saxlayacağına söz verən Moldovanın hazırkı  prezidenti İqor Dodon mübarizə aparrmalı olub.

Nəticədə sabiq baş nazir , Fəaliyyət və Həmrəylik Partiyasının lideri  Mayya Sandu 57,75 faiz səs toplayaraq ölkə prezidenti seçilib.