logo

Boksçularımız Avropa çempionatında iki medal qazanıblar

19:38 02-04-2018 | icon 2954
Boksçularımız Avropa çempionatında iki medal qazanıblar

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.

YeniAvropa xəbər verir  ki, çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib.

Qeyd edək ki, T.Əliyevdən öncə Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) bürünc medalı rəsmiləşdirmişdi.