Minskdə II Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunacaq
2019-cu il iyunun 21-dən 30-dək Belarusun paytaxtında keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək ölkələrdən on iki Milli Olimpiya Komitəsinin nümayəndələri Minskdə toplaşıblar. YeniAvropa xəbər verir ki, Avropa Oyunlarının Təşkilat Komitəsi iki gün müddətində Azərbaycan, Belarus, Belçika, Danimarka, Böyük Britaniya, Macarıstan, Latviya, Lüksemburq, Niderland, Rumıniya, Rusiya və Türkiyənin Milli Olimpiya komitələrinin nümayəndələri və Avropa Olimpiya komitələrinin ekspertləri ilə birgə iclaslar keçirəcək. Nümayəndələr, həmçinin yarışların keçiriləcəyi idman obyektlərinin bir neçəsinə baş çəkəcək, Atletlər kəndində yaradılan şəraitlə tanış olacaqlar.
“2019-cu ilin II Avropa Oyunları Direksiyası” Fondunun direktoru Georgi Katulin deyib: “Qarşıdakı iki gün ərzində intensiv və məhsuldar iş aparılacağına ümidvaram. Əminəm ki, “Açıq qapı”nın ilk günü siz qarşıdakı irimiqyaslı idman tədbirinə hazırlığın müəyyən aspektlərini görməklə yanaşı, bizim bu layihəyə nə dərəcədə ciddi yanaşmağımızın şahidi olacaqsınız. Bu səfərin yekunlarına dair sizin verəcəyiniz qiymətə və şərhlərə çox ehtiyacımız var. Çünki məhz siz – II Avropa Oyunlarının iştirakçı ölkələrinin Milli Olimpiya komitələri Oyunların Təşkilat Komitəsi və atletlər arasında birləşdirici halqa funksiyasını yerinə yetirirsiniz və idmançıların təkcə yarışlarla bağlı deyil, habelə məişət müstəvisində də ehtiyaclarına bələdsiniz”.
Qeyd edək ki, II Avropa oyunları Minskdə 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet 15 idman növü üzrə 200 medal dəsti uğrunda mübarizə aparacaq. İdmanın 10 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Olimpiya Oyunlarına təsnifat mərhələsi olacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb