logo

İranda daha 406 nəfər koronavirusdan ölüb

17:57 05-11-2020 | icon 1925
İranda daha 406 nəfər koronavirusdan ölüb

Son 24 saat ərzində İranda 8 min 772 nəfər koronavirusa yoluxub, 406 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə İranda virusa yoluxanların ümumi sayı 654 min 936 nəfər, ölənlərin sayı isə 36 min 985-a çatıb.

Müalicəsi davam edən 5 min 472 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 505 min 287 xəstə isə sağalaraq evə buraxılıb.