Rus güləşçilər ABŞ-də keçiriləcək Dünya Kuboku yarışına buraxılmayacaqlar
Rusiyanın sərbəst güləş üzrə yığması aprelin 7-8-də ABŞ-ın Ayova-Siti şəhərində keçiriləcək Dünya Kuboku turnirində iştirak edə bilməyəcək.
YeniAvropa xəbər verir ki, buna səbəb ABŞ-a gediş vizalarının olmamasıdır. Belə ki, Rusiya Federasiyası XİN-in nümayəndəsi Mariya Zaxarova KİV-ə müsahibəsində bildirib ki, ABŞ-ın Moskvadakı səfirliyi 14 idmançı və 4 məşqçidən ibarət nümayəndə heyəti ilə müsahibənin təşkilindən imtina edib.
Yunan-Roma güləşi üzrə üçqat Olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputat etikası məsələləri komissiyasının üzvü, deputat Aleksandr Karelin bəyan edib ki, ABŞ tərəfinin yaranmış vəziyyətdə qərəzli maneçilik törətməsini hesab etmir. O deyib: “Mən bunu böyük siyasətə deyil, Amerika diplomatik missiyası konsul xidmətinin işləri ilə bağlı xərclərə aid edirəm. Onlar haradasa reqlament müddətlərinə riayət etməyiblər və indi viza verə bilmirlər. Mən bu hadisəni mürəkkəb casus qalmaqalı kimi şişirtməyin tərəfdarı deyiləm”.
Aleksandr Karelin bildirib ki, Rusiya idmançılarına viza verilməyən yeganə dövlət deyil. O deyib: “Zənnimcə, Dünya Kubokunun təşkilatçıları çox şey itirəcəklər. Çünki mənim aldığım məlumata görə təkcə rusiyalı güləşçilər deyil, xüsusilə son illərdə keçirilən kubokların favoriti sayılan İran nümayəndələri də viza almayıblar. Həmçinin Qazaxıstan və deyəsən, Azərbaycan tam komanda ilə iştirak etmirlər. Bu cür yanaşmada təşkilatçılar nəinki zallarda, hətta yarışların yayımında da bütün tamaşaçıları və auditoriyanı itirəcəklər”.
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov, öz növbəsində, hesab edir ki, ABŞ hökumətinin rusiyalı idmançılara viza verməməsinin səbəbi Amerika yığmasının düzgün yarışmada onların qarşısında dayana bilməməsi qorxusudur. “Bu ölkənin cılız, zəif oyunçuları bizim normal idmançılara dərhal uduzacaqlar və onları məğlubiyyətdən yalnız belə dəhşətli və rəzil üsulla xilas etmək olar”, - deyə V.Milanov “НСН”in efirində bəyan edib.
Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Amerika səfirliyi bu ölkənin öhdəliklərini kobud şəkildə pozur. Rusiya XİN-in rəsmi saytında M.Zaxarovanın bəyanatında, həmçinin bildirilir: “Bu barədə hələ fevralın sonlarında göndərdiyimiz notaya baxmayaraq, amerikalılar bu məsələni son dəqiqəyədək uzadıb, yalnız indi bizə başdansovma cavab veriblər. Cavabda növbəti dəfə guya konsul personalının çatışmazlığına istinad edilir”.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb