logo

Türkiyədə 6,6 ballıq zəlzələ olub

16:09 30-10-2020 | icon 2212
Türkiyədə 6,6 ballıq zəlzələ olub

Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.