logo

Düşmən Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutur

17:30 27-10-2020 | icon 1806
Düşmən Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutur

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutur.

YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. 

İlkin məlimatlara görə, Ermənistan ordusunun atdığı raketin Bərdə rayonunun Qarayusifli kəndinə düşməsi nəticəsində 3 mülki şəxs həlak olub, 10 dinc sakin yaralanıb. Xəsarət alanlar arasında uşaqlar və qadınlar da var.