logo

Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı vuruldu

17:48 24-10-2020 | icon 1813
Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı vuruldu

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, gün ərzində cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi də Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.