logo

“Makkabi” - “Qarabağ” oyunu başladı

23:01 22-10-2020 | icon 2478
“Makkabi” - “Qarabağ” oyunu başladı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Makkabi” oyunu başlayb.

 YeniAvropa xəbər verir ki, "Blumfild" stadionunda keçirilən görüşdə “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxıblar.

Görüşü şotlandiyalı hakimlər briqadasına idarə edir. Qarşılaşmanın əsas hakimi Con Bitondı. Ona Frensis Konor və Daniel Makfarlan kömək edirlər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirir.

Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verir. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviçdi.

Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itki ilə çıxıb. Azərbaycan çempionunun heyətində Mahir Emreli zədə səbəbindən komandasına kömək edə bilmiyəcək.