logo

Ərdoğan Ruhani ilə Dağlıq Qarabağı müzakirə etdi

20:52 22-10-2020 | icon 1687
Ərdoğan Ruhani ilə Dağlıq Qarabağı müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

 YeniAvropa Türkiyə Prezident Administrasiyasının İctimai əlaqələr idarəsinə istinadla xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və terrorla mübarizənin artırılması, eləcə də Azərbaycan-Ermənistan və Suriya məsələləri başda olmaqla regional prosesləri müzakirə ediblər.

Danışıq əsnasında Azərbaycan torpaqlarının işğalı və təxribatları ilə qarşıdurmanı başladan Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi hücumların müharibə cinayəti olduğunu vurğulayan Prezident Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edən bir nöqtədə durmağın vacibliyini ifadə edib.