Sabah turnirdə son turun oyunları keçiriləcək.
14-cü turda Şəhriyar Məmmədyarovun rəqibi rus şahmatçısı Vladimir Kramnik olacaq. Digər görüşlərdə isə rusiyalı Aleksandr Qrişuk amerikalı Fabiona Karuana ilə, Cin şahmatçısı Din Lijen rusiyalı Sergey Karyagin, amerikalı Uesli Co isə erməni Levon Aronyan ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə Vladimir Kramnik(Rusiya, 2800), Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.
Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə, o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək əlavə tay-breklə müəyyənləşəcək.
Praktiki olacaq, Şəhriyar Məmmədyarovun turnirdə qalib gəlməsi mümkün deyil. Bunun üçün sabah keçiriləcək sonuncu turda amerikalı Fabiona Karuana və rusiyalı Sergey Karyagin məğlub olmalı, Şəhriyar isə qələbə qazanmalıdır. Bu hal, yalnız xoş təsadüf nəticəsində mümkün ola bilər.
Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.
İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.