logo

Gimnastlarımız Qran-Pri yarışlarında bürünc medal qazanıblar

15:37 26-03-2018 | icon 3115
Gimnastlarımız Qran-Pri yarışlarında bürünc medal qazanıblar

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərində keçirilən ənənəvi Qran-Pri yarışlarında çoxnövçülük proqramında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir  ki, 16 ölkənin iştirak etdiyi turnirdə Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top, 2 iplə kompozisiya onlara 15,050 xal qazandırıb.

Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17,050 xal almağa müvəffəq olublar.

Bununla da iki hərəkətin yekununda hesabına 32,100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq, fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.