logo

Balakəndə zəlzələ olub

14:58 22-09-2020 | icon 1694
Balakəndə zəlzələ olub

Sentyabrın 22-də Zaqatala stansiyasından 23 kilometr şimal-qərbdə - Balakən rayonunda maqnitudası 3.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:35-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.