logo

Şəhriyar Məmmədyarov iddiaçıların turnirində ilk məğlubiyyətini aldı

22:23 24-03-2018 | icon 3213
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində ilk məğlubiyyətini aldı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində  12-ci turun oyunları keçirilib. 

YeniAvropa xəbər verir  ki, turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çini şahmatçısı Din Lijenə məğlub olub: 0-1.
Ümumiyyətlə götürdükdə  12-ci tur sürprizlər turu olub. 11 turun hamısını heç-heçə ilə başa vuran çin idmançısı Din Lijen ilk qələbəsini qazanıb. Bu turadək turnirin vahid lideri olan amerikalı idmançı  Fabiona Karuana ilk dəfə rus şahmatçısı Sergey Karyaginə məğlub olub. Amerikalı Uesli Co rus idmançısı  Vladimir Kramnik, erməni Levon Aronyan isə digər Rusiyalı şahmatçı Aleksandr Qrişuk ilə  heç-heçə oynayıblar. 0,5-0,5.

Beləliklə, 12-ci turdan sonra turnir cədvəlində lider dəyişikliyi olub. Sergey Karyakinin 7 xalla ilk pilləyə qalxıb. Amerikalı şahmatçı Fabiano Karuana eyni xalla -7 xalla  ikinci yerə enib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 6,5 xalla  dördüncü pilləyə enib.Onu məğlub edən çinli Din Lijen isə  6,5 xalla  üçüncü pilləyə sahib olub

Sonrakı yerlərdə: 

5. Aleksandr Qrişuk- 6,5 xal 

6.Vladimir Kramnik-5,5 xal

7.Uesli Co-5 xal 

8.Levon Aronyan -4 xal

Sabah turnirdə istirahət günüdür. 

Martın 26-da 13-cü turun oyunları keçiriləcək. Bu turda Şəhriyar Məmmədyarovun rəqibi rusiyalı Aleksandr Qrişuk olacaq. Digər görüşlərdə isə Cin şahmatçısı Din Lijen rus şahmatçısı Vladimir Kramnik, amerikalı Uesli Co rusiyalı Sergey Karyagin, amerikalı Fabiona Karuana  isə erməni erməni Levon Aronyan ilə üz-üzə gələcəklər. 

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

 İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.