Sabah, martın 25-də taekvondo üzrə Azərbaycan yığma komandalarının təlim-məşq toplanışına start veriləcək.
YeniAvropa xəbər verir ki, kişilərin məşqinə 12 idmançı - Məcid Sofiyev (54 kq), Əli Məmmədov və Qaşım Maqomedov (hər ikisi 58 kq), Xanrul Fətullayev (63 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), Səid Quliyev, Ələsgər Əliyev (hər ikisi 74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq) və Radik İsayev (+87 kq) dəvət ediliblər.
Qadınların hazırlığına isə Nərgiz Mirzəyeva (46 kq), Fatimə Mansur (49 kq), Patimat Abakarova (53 kq), Mahtap Kiyaniçande (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zəhra Kalxoran (+73 kq) cəlb ediliblər.