Martın 27-də Antalyada futbol üzrə Azərbaycan və Makedoniya yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşün baş hakimi Halis Özkahya olacaq. Ona həmyerliləri Kamal Yılmaz və Kərəm Ersoy kömək edəcəklər. Matçın dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan-Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da Antalyadakı “Mardan” stadionunda start götürəcək.