logo

Şəhriyar Məmmədyarovdan Berlində 9-cu heç-heçə

20:51 23-03-2018 | icon 3213
Şəhriyar Məmmədyarovdan Berlində 9-cu heç-heçə

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində  11-ci turun oyunları keçirilib. 

YeniAvropa xəbər verir  ki,ilk oyunda turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Uesli Co ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb : 0,5-0,5 . 

 Digər qarşılaşmalarda erməni Levon Aronyan rusiyalı Sergey Karyaginə məğlub olub: 0-1.  Cin şahmatçısı Din Lijen rus şahmatçısı Aleksandr Qrişuk , eləcə də  Vladimir Kramnik isə amerikalı Fabiona Karuana qarşılaşması sülh əldə olunub: 0,5-0,5.

Beləliklə, 11 turdan sonra amerikalı şahmatçı Fabiano Karuana 7 xalla turnirin vahid lideri idi.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov  6,5 xalla turnirdə ikinci mövqeyini qoruyub saxlayır.

Şəhriyarın ən yaxın izləyiciləri rusiyalı şahmatçılardır:erməni Levon Aronyanı məğlub edən Sergey Karyakinin 6 xalı var.

 Aleksandr Qrişukun  da 6 xal var. 

5.Din Lijen-5,5 xal

6.Vladimir Kramnik-5 xal

7.Uesli Co-4,5 xal 

8.Levon Aronyan -3,5 xalla 

 

Sabah 12-ci turda Şəhriyar Məmmədyarovun rəqibi Cin şahmatçısı Din Lijen olacaq. Digər qarşılaşmalarda isə erməni Levon Aronyan rusiyalı Aleksandr Qrişuk ilə, amerikalı Fabiona Karuana rusiyalı Sergey Karyagin ilə, amerikalı Uesli Co  isə  rus şahmatçısı Vladimir Kramnik isə üz-üzə gələcəklər. 

Xatırladaq ki, 10 turdan sonra yalnız üç idmançı amerikalı Fabiano Karuana ,  Şəhriyar Məmmədyarov və çinli Din Lijen məğlubiyyətsiz seriyasını davam etdirirler. Lakin amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var. Din Lijen isə bütün görüçlərini heç-heçə ilə başa vurub.  

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

 İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.