logo

Tbilisi Qran-Prisində ölkəmizi 9 cüdoçu təmsil edəcək

14:58 23-03-2018 | icon 2765
Tbilisi Qran-Prisində ölkəmizi 9 cüdoçu təmsil edəcək

Martın 30-dan aprelin 1-dək Tbilisidə cüdo üzrə Qran-Pri yarışları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, yarışda ölkəmizi 9 cüdoçu təmsil edəcək. Heyətdə Oruc Vəlizadə, Sadiq Məhərrəmov (hər ikisi 60 kq), İlkin Babazadə, Elçin Hüseynov (hər ikisi 66 kq), Telman Vəliyev, Paşa Əliyev (73 kq), Coşqun Abdullayev (81 kq), Sənan Əhmədov (100 kq) və Cəlal Şükürov (100 kq-dan yuxarı) yer alıblar.

Turnirdə 39 ölkədən 300-dən artıq cüdoçu birincilik uğrunda mübarizə aparacaq.