logo

Məmmədyarovdan Berlində səkkizinci heç-heçə

23:12 22-03-2018 | icon 3073
Məmmədyarovdan Berlində səkkizinci heç-heçə

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçirililib.

YeniAvropa xəbər verir  ki, bu turda Azərbaycan şahmatçısı turnirin lideri amerikalı Fabiano Karuana ilə heç-heçə edib- 0,5-0,5.

Turun digər oyunlarında  rusiyalı Vladimir Kramnik erməni Levon Aronyana qəlib gəlib: 1-0. Amerikalı Uesli Co Cin şahmatçısı Din Lijen ilə, rus şahmatçısı Aleksandr Qrişuk isə digər həmyerlisi Sergey Karyagin ilə xalları yarı bölüblər: 0,5-0,5 

Beləliklə 10 turdan sonra amerikalı şahmatçı Fabiano Karuana 6,5 xalla turnirin vahid lideri mövqeyini qoruyub saxlayıb. . Azərbaycan şahmatçısı ondan yarım xal geri qalır - 6 xal.

Turnir cədvəlində sonrakı sıralama belədir: 

3.Aleksandr Qrişuk-5,5 xal

4.Din Lijen-5 xal

5. Sergey Karyakin -5 xal

5.Vladimir Kramnik-4,5 xal

7.Uesli Co-4 xal 

8.Levon Aronyan -3,5 xal 

 Sabah 11-ci turda Şəhriyar Məmmədyarovun rəqibi amerikalı Uesli Co olacaq. Digər qarşılaşmalarda erməni Levon Aronyan rusiyalı Sergey Karyaginlə,  Cin şahmatçısı Din Lijen rus şahmatçısı Aleksandr Qrişuk ilə, Vladimir Kramnik isə amerikalı Fabiona Karuana ilə qarşılaşacaqlar.

Xatırladaq ki, 10 turdan sonra yalnız üç idmançı amerikalı Fabiano Karuana ,  Şəhriyar Məmmədyarov və çinli Din Lijen məğlubiyyətsiz seriyasını davam etdirirler. Lakin amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var. Din Lijen isə bütün görüçlərini heç-heçə ilə başa vurub.  

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

 İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.