Martın 22-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri başlayıb. Yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın üzvləri turnirdə iştirak edirlər.
YeniAvropa xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmamızın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirdə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) birincilik uğrunda mübarizə aparacaqlar.
Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edir.
Turnirə martın 25-də yekun vurulacaq.