3.Aleksandr Qrişuk-5 xal
4.Din Lijen-4,5 xal
5. Sergey Karyakin -4,5 xal
5.Vladimir Kramnik-3,5 xal
7.Uesli Co-3,5 xal
8.Levon Aronyan -3,5 xal
10-cu turda digər qarşılaşmalarda erməni Levon Aronyan rusiyalı Vladimir Kramniklə, amerikalı Uesli Co Cin şahmatçısı Din Lijen ilə, rus şahmatçısı Aleksandr Qrişuk digər rus şahmatçısı Sergey Karyagin ilə qarşılaşacaqlar.
Xatırladaq ki, 9 turdan sonra yalnız iki idmançı amerikalı Fabiano Karuana və Şəhriyar Məmmədyarov məğlubiyyətsiz seriyasını davam etdirirler. Amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var.Onlar turun qalan oyunlarını heç-heçə ilə başa vurublar .
Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə Vladimir Kramnik(Rusiya, 2800), Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.
Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə, o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək əlavə tay-breklə müəyyənləşəcək.
Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.
Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.