logo

Qapalı məkanlda restoran fəaliyyəti hələ bir müddət qadağan olunacaq

11:43 29-08-2020 | icon 2499
Qapalı məkanlda restoran fəaliyyəti hələ bir müddət qadağan olunacaq

Bu günədək aparılan monitorinqlər göstərir ki, restoranların açıq məkanlarda fəaliyyəti zamanı, o cümlədən mağazaların əksəriyyəti tələblərə riayət edirlər. Restoranların qapalı məkanlarda fəaliyyəti ilə bağlı isə hələ qərar qəbul edilməyib.

YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar hələ qüvvədədir.