logo

Şəhriyar Məmmədyarov Berlində turnirindəki ikinci mövqeyini qoruyub saxlayır

22:47 20-03-2018 | icon 3304
Şəhriyar Məmmədyarov Berlində turnirindəki ikinci mövqeyini qoruyub saxlayır

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri keçirilib.YeniAvropa xəbər verir  ki bu turda  Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Turun digər görüşlərində rusiyalı Sergey Karyakin  həmyerlisi Vladimir Kramnikə qalib gəlib - 1:0. Amerikalı Uesli So isə  Rusiya idmançısı  Aleksandr Qrişuk ilə , Fabiano Karuana (ABŞ)  isə  Din Lijen (Çin) ilə heç-heçə edib - 0,5:0,5.. 

 Beləliklə , 9-cu turdan sonra amerikalı şahmatçı Fabiano Karuana 6 xalla turnirin vahid lideridir. Azərbaycan şahmatçısı ondan yarım xal geri qalır və 5,5 xalla turnir cədvəlində ikincidir.

Turnir cədvəlində sonrakı sıralama belədir: 

3.Aleksandr Qrişuk-5 xal

4.Din Lijen-4,5 xal

5.Vladimir Kramnik-3,5 xal

6.Sergey Karyakin -3,5 xal

7.Uesli Co-3,5 xal 

8.Levon Aronyan -3,5 xal 

 

Sabah turnirdə fasilədir.

10-cu turun oyunları  martın 22-də keçiriləcək.Bu turda Şəhriyar Məmmədyarovun rəqibi turnirin lideri amerikalı Fabiano Karuana olacaq.

 Digər qarşılaşmalarda erməni Levon Aronyan rusiyalı Vladimir Kramniklə, amerikalı Uesli Co Cin şahmatçısı Din Lijen ilə, rus şahmatçısı Aleksandr Qrişuk digər rus şahmatçısı Sergey Karyagin ilə qarşılaşacaqlar.

Xatırladaq ki, 9 turdan sonra yalnız iki idmançı amerikalı Fabiano Karuana və Şəhriyar Məmmədyarov məğlubiyyətsiz seriyasını davam etdirirler. Amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var.Onlar turun qalan oyunlarını heç-heçə ilə başa vurublar . 

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

 İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.