logo

Şəhriyar Məmmədyarov Berlində 6-cı heç-heçəsini etdi

22:38 19-03-2018 | icon 3262
Şəhriyar Məmmədyarov Berlində 6-cı heç-heçəsini etdi

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində yeddinci turun oyunları ilə ikinci dövrə oyunları start götürüb. YeniAvropa xəbər verir  ki, 8-ci turun  3 oyunuı heç-heçə ilə başa çatıb. ilk oyununda turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin ilə qarşılaşıb. Digər görüşlərdə erməni Levon Aroyan çin idmançısı Din Lijen ilə, birinci dövrənin lideri ABŞ şahmatçısı Fabiano Karuana həmyerlisi Uesli Co ilə heç-heçə edib. Yalnız  rusiyalı Aleksandr Qrişuk həmyerlisi Vladimir Kramnikə qalib gəlib-1:0.

Beləliklə , 8-ci turdan sonra amerikalı şahmatçı Fabiano Karuana 5,5 xalla turnirin vahid lideridir. Azərbaycan şahmatçısı ondan yarım xal geri qalır və 5 xalla turnir cədvəlində ikincidir.

Turnir cədvəlində sonrakı sıralama belədir: 

3.Aleksandr Qrişuk-4,5 xal

4.Din Lijen-4 xal

5.Vladimir Kramnik-3,5 xal

6.Sergey Karyakin -3,5 xal

7.Uesli Co-3 xal 

8.Levon Aronyan -3 xal 

 

Sabah turnirdə 9-cu turun oyunları keçiriləcək.Bu turda Şəhriyar Məmmədyarovun rəqibi erməni Levon Aronyan olacaq. Digər qarşılaşmalarda rus şahmatçısı Aleksandr Qrişuk amerikalı Uesli Co ilə, Cin şahmatçısı Din Lijen turnilin lideri Fabiano Karuana ilə, rus şahmatçısı Sergey Karyagin isə həmyerlisi Vladimir Kramnik ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, birici dövrənin oyunlarını yalnız iki idmançı amerikalı Fabiano Karuana və Şəhriyar Məmmədyarov məğlubiyyətsiz başa vurublar. Amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var.Onlar turun qalan oyunlarını heç-heçə ilə başa vurublar . 

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.