logo

Paytaxtda doğum evində yeni doğulan körpə öldü

12:43 15-08-2020 | icon 14133
Paytaxtda doğum evində yeni doğulan körpə öldü

Bakıda doğum evində ölüm hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində baş verib.

Orada 1997-ci il təvəllüdlü Esmira Hüseynova doğuş edib. Yeni doğulan körpə vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.