logo

Məmmədyarov Berlində 1-ci dövrəni ikinci yerdə başa vurdu

23:59 18-03-2018 | icon 3843
Məmmədyarov Berlində 1-ci dövrəni ikinci yerdə başa vurdu

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində yeddinci turun oyunları ilə birinci dövrəyə yekun vurulub.

 YeniAvropa xəbər verir  ki, iik oyununda turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişuk ilə qarşılaşıb. Gərgin keçən oyun heç-heçə ilə nəticələnib. Xatırladaq ki, bu, Şəhriyarın turnirdə sayca beşinci heç-heçəsidir.

Digər görüşlərdə isə rus şahmatçısı Sergey Karyagin amerikalı Uesli Conu, ABŞ şahmatçısı Fabiano Karuana isə erməni Levon Aroyanı məğlub edib:  1-0.

 Cin şahmatçısı Din Lijenin  rusiyalı Vladimir Kramnik ilə oyunu isə heç-heçə ilə nəticələnib: 0-0.

 Beləliklə , 1-ci dövrədən sonra amerikalı şahmatçı Fabiano Karuana 5 xalla turnirin vahid lideri olub. Azərbaycan şahmatçısı ondan yarım xal geri qalır və 4.5 xalla turnir cədvəlində ikincidir.

Turnir cədvəlində sonrakı sıralama belədir: 

3.Vladimir Kramnik-3,5 xal

4.Din Lijen-3,5 xal

5.Aleksandr Qrişuk-3,5 xal

6.Sergey Karyakin -3 xalı

7.Uesli Co-2,5 xal 

8.Levon Aronyan -2,5 xalla 

 

Sabah turnirdə ikinci dövrənin oyunları başlayır.

8-ci turda Şəhriyar Məmmədyarovun rəqibi rus şahmatçısı Sergey Karyagin olacaq. Bu turda digər rus şahmatçısı Aleksandr Qrişuk  həmyerlisi Vladimir Kramnik ilə, ermıni Levon Aroyan Cin şahmatçısı Din Lijen ilə qarşılaşacaqlar. Sonuncu görüşdə isə amerikalılar -Uesli Co və birinci dövrənin qalibi Fabiano Karuana üz-üzə gələcəklər.

Xatırladaq ki, birici dövrənin oyunlarını yalnız iki idmançı amerikalı Fabiano Karuana və Şəhriyar Məmmədyarov məğlubiyyətsiz başa vurublar. Amerikalının aktivində 3 , Şəhriyarın isə 2 qəlbə xalı var.Onlar turun qalan oyunlarını heç-heçə ilə başa vurublar . 

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

"YeniAvropa" turnirin iştirakçılarını bu ilin mart ayına olan reytinq sıralaması ilə  təqdim edir:

Шахрияр Мамедьяров
Şəhriyar Məmmədyarov

AZE

12.04.1985

2809

Владимир Крамник
Vladimir
Kramnik

RUS

25.06.1975

2800

Уэсли Со
Uesli
Co

USA

09.09.1993

2799

Левон Аронян
Levon
Aronyan
 ARM
06.10.1982
2794
Фабиано Каруана
Fabiano
Karuana

USA

30.07.1992

2784

Дин Лижэнь
Din Lijen

CHN

24.10.1992

2769

Александр Грищук
Aleksandr
Qrişuk

RUS

31.10.1983

2767

Сергей Карякин
Sergey
Karyakin

RUS

12.01.1990

2763