“Pxençan-2018” Qış Paralimpiya Oyunlarına yekun vurulub
Martın 18-də “Pxençan-2018” Qış Paralimpiya Oyunlarına yekun vurulub. Paralimpiadanın sonuncu günündə 6 dəst medalın sahibləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi, sərbəst xizəkçilik və xokkey yarışlarında medallar uğrunda yarışıblar.
Atletlər dağ xizəkçiliyinin slalom növündə mübarizə aparıblar. Görmə qabiliyyəti zəif qadınların yarışlarında Böyük Britaniya təmsilçisi Menna Fitzpatrik 1 dəqiqə 51 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü Slovakiya idmançısı Henrieta Farkasova və digər britaniyalı paralimpiyaçı Milli Knayt tamamlayıblar.
Qadınların ayaqüstə mübarizəsində Fransa təmsilçisi Marie Boçet 1 dəqiqə 55 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Kanadalı Milli Jepsen gümüş, Almaniya idmançısı Andrea Rotfuss bürünc medala layiq görülüblər.
Oturaq vəziyyətdə qadınların yarışında almaniyalı Anna-Lena Froster 1 dəqiqə 55 saniyəlik göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiya idmançısı Momoka Muraoka yarışı ikinci, avstriyalı Heyke Eder üçüncü pillədə başa vurublar.
Sərbəst xizəkçilik yarışlarında isə 2 dəst medal sahibini tapıb. Beş kilometr məsafəyə mikst estafet yarışlarında Ukrayna komandası 24 dəqiqə 31 saniyə nəticə ilə qızıl medala sahib olub. Kanada millisi ikinci, Almaniya yığması isə üçüncü olub.
Beş kilometr məsafəyə sərbəst estafet yarışlarında Fransa xizəkçiləri 22 dəqiqə 46 saniyə ilə bütün rəqiblərini qabaqlayıblar. Norveç idmançıları gümüş, Kanada paralimpiyaçıları bürünc medal qazanıblar.
Paralimpiadanın xokkey yarışlarında qızıl medal uğrunda görüşdə Kanada və ABŞ yığma komandaları qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən ABŞ yığması “Pxençan-2018”in qalibi olub.
“Ağ Paralimpiada”nın yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinci olub. Bu ölkənin hesabında 13 qızıl, 15 gümüş və 8 bürünc medal var. Ümumilikdə, 26 ölkədən idmançılar medalçılar arasında yer alıblar.
Rusiya (8-10-6) ikinci, Kanada (8-4-16) üçüncü, Fransa (7-8-5) dördüncü, Almaniya (7-8-4) isə beşinci pillədə qərarlaşıb.
“Pxençan-2018”də 48 ölkədən 670-dən artıq paralimpiyaçı 80 dəst medal uğrunda mübarizə aparıb. Paralimpiadada ilk dəfə Gürcüstan, Tacikistan və Koreya Xalq Demokratik Respublikası debüt edib. On ikiillik fasilədən sonra Estoniya millisi Paralimpiadaya qatılıb.
Paralimpiyaçılar biatlon, dağ xizəkçiliyi, əlil arabasında kerlinq, para-snoubord, sərbəst xizəkçilik və xokkey yarışlarında güclərini sınayıblar.
“Pxençan-2018” Qış Paralimpiya Oyunlarının rəmzi qara ayı – Bandabidir. Bandabi özündə güclü iradə və cəsarəti simvolizə edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb