logo

Şahin Mustafayev oğluna nişan etdi

17:55 10-08-2020 | icon 2856
Şahin Mustafayev oğluna nişan etdi

Baş nazirin müavini Şahin Mustafayev oğluna nişan edib.

YeniAvropa xəbər verir ki, Ş.Mustafayevin oğlu Abdulla Mustafayev iş adamı Zakir Süleymanovun qızı Savad Süleymanova ailə həyatı qurub. 

Cütlüyün nişan  mərasimi  avqustun 8-də baş tutub. Nişan mərasimi qız evində təşkil olunub. (Unikal.org) 

Xatırladaq ki, Abdulla Mustafayev 16 yaşından İngiltərədə təhsil alıb. Əvvəlcə 2012-2015-ci illərdə Concord kollecində, daha sonra isə 2018-2019-cu ildə London İqtisadi və Siyasi Elmlər Məktəbinin (LSE) mühasibat və maliyyə ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub.

Mətbuatın yazdığına görə, Abdulla Mustafayev 2014-cü ilin dekabr ayının 18-də azərbaycanlı işadamı Müşfiq Həsənovdan “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” şirkətini satın alıb. Şirkət İstanbul, Lütfüpaşa küçəsindəki Hacı Bəy İş Mərkəzində yerləşir. 1993-cü ildə İstanbulda yaradılan bu şirkət Azərbaycandan olan ilk ortağı 2008-ci ildə qəbul edib. Mebel sənayesində çalışan 56 yaşlı Məşhur Məmmədov həmin il şirkətin səhmlərinin 90 faizini alıb. 

0--12

Bu "üçlük"-Məşhur Məmmədov, Müşfiq Həsənov və Abdulla Mustafayevin iştirakı ilə İstanbulda “ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” şirkəti də yaradılıb.