Əli Əsədov yenə nazirləri topladı
Avqustun 8-də prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, baş nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər.
Baş nazir qeyd edib ki, prezident İlham Əliyev avqustun 6-da keçirdiyi videoformatda müşavirədə hökumət və müxtəlif dövlət orqanlarına karantin rejiminə nəzarətin gücləndirilməsinə dair ciddi tapşırıqlar verib.
Əli Əsədov bildirib ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitariya qaydalarına ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.
Baş nazir vurğulayıb ki, iqtisadi fəallıqla sanitariya qaydalarına əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.
Qəbul edilmiş qaydalara əməl olunmasına məsuliyyət daşıyan əsas orqanlar kimi şəhər və rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları - Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.
Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir. Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq prezidentə məruzə edəcək.
Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə edildi, nöqsanlar qeyd olundu, onların aradan qaldırılması barədə təkliflər səsləndirildi.
Karantin qaydalarına riayət edilməsinə nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı