logo

Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:58 07-08-2020 | icon 3808
Azərbaycanda daha 129 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 421 nəfər sağalıb, 129 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildilirib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Aktiv xəstə sayı 3197 nəfərdir.

Ötən müddət ərzində 773 min 051 test aparılıb. Bugünkü test sayı isə 6872-dir.