logo

Avqustda 4 gün ərzində qəbul imtahanları keçiriləcək

14:57 17-07-2020 | icon 8750
Avqustda 4 gün ərzində qəbul imtahanları keçiriləcək

Avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 17-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

O bildirib ki, təxminən avqustun 13-14-də qəbul imtahanları başlaya bilər. Bu tarix də hələ ki dəqiq deyil. Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır.