logo

Berlində Məmmədyarovdan möhtəşəm qələbə! 

23:54 16-03-2018 | icon 5677
Berlində Məmmədyarovdan möhtəşəm qələbə! 

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində altıncı turun oyunları keçirilib. YeniAvropa xəbər verir  ki, türün iki oyunu qələbə, ikisi sə heç-heçə ilə başa çatıb.Turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu turda rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Bu tura qədər iddiaçılar hərəyə 3 xal toplayaraq 2-3 -cü yerləri bölüşürdülər.Həlledici görüşdə Məmmədyarov rəqibini üstələyib : 1-0 .

Ermənistan təmsilçisi Levon Aronyan isə amerikalı Uesli Co-ya məğlub olub. Digər görüşlərində  rus şahmatçısı Aleksandr Qrişuk ABŞ idmançısı Fabiano Karuana ilə, cinli Din Lijen rus şahmatçı Sergey Karyagin ilə heç-heçə oynayıb 

 Beləliklə 6 turdan sonra  Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuana  ilə birlikdə 4 xalla  1-2-ci yerləri bölüşürlər. Turnir cədvəlində sonrakı sıralama belədir: 

3.Vladimir Kramnik-3 xal

4.Din Lijen-3 xal

5.Aleksandr Qrişuk-3 xal

6.Levon Aronyan -2,5 xalla 

7.Uesli Co-2,5 xal 

8.Sergey Karyakin -2 xalı 

 Sabah turnirdə fasilədir. 

7-ci turun oyunları martın 18-də keçiriləcək. Bu turda Şəhriyar Məmmədyarovun rəqibi rus şahmatçısı Aleksandr Qrişuk olacaq. Digər görüşlərdə isə rus şahmatçısı Sergey Karyagin amerikalı Uesli Co ilə,  Cin şahmatçısı Din Lijen rusiyalı Vladimir Kramnik ilə, ermıni Levon Aroyan isə amerikalı Fabiano Karuana ilə qarşılacaqlar.  
Xatırladaq ki, Şəhriyar Məmmədyarov  ilk turda qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda erməni Levon Aronyan, III turda isə amerikalı  Fabiano Karuana,IV turda isə Uesli Co ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.