logo

Oqtay Şirəliyevin sağlamlığında problem var? - RƏSMİ CAVAB

19:56 10-07-2020 | icon 3213
Oqtay Şirəliyevin sağlamlığında problem var? - RƏSMİ CAVAB

"Cənab Oqtay Şirəliyevin sağlamlığında bir problem yoxdur, iş başındadır".

 YeniAvropa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Nazirlik rəsmisi, birifinqdə iştirak edən jurnalistin, “TƏBİB-in sədri Ramin Bayramlı brifinlərə gələrək sualları cavablandırır, bəs Oqtay Şirəliyev niyə brifinqlərə qatılmır?” sualına cavab olaraq deyib ki, səhiyyə naziri O. Şirəliyev koronavirusla mübarizədə aktiv iştirak edir:
"Bir neçə dəfə televiziya kanallarında olub. Nazirlik nümayəndələri ictimaiyyət qarşısına çıxır".