logo

Bakıda kriminal avtoritetə "üç" mərasimi təşkil etmək istədilər

17:57 06-07-2020 | icon 2009
Bakıda kriminal avtoritetə "üç" mərasimi təşkil etmək istədilər

Xəbər verdiyimiz kimi, iyulun 3-də Suraxanı rayonu, Hövsan qəsəbəsində Mayıl Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya bildiriblər ki, Suraxanı rayon Polis İdarəsi 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət ediliblər. Onların barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və həmin şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada məsuliyyətə cəlb ediliblər.

Buna baxmayaraq iyulun 6-da Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq, bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “üç” mərasimini yenidən təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantin qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən on nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onların barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Xatırladaq ki, Mayıl Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" ləqəbi ilə tanınıb.