logo

Ürəyində problem yaranan deputat Vahid Əhmədovu Türkiyəyə apardılar

16:09 05-07-2020 | icon 2807
Ürəyində problem yaranan deputat Vahid Əhmədovu Türkiyəyə apardılar

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.

 YeniAvropa xəbər verir ki, bu barədə deputatın yaxın qohumları sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.