“Kəpəz” futbol klubunun əsas komandasının məşqçilər korpusuna daha bir mütəxəssis daxil olub.
YeniAvropa kluba istinadla xəbər verir ki, Yaşar Vahabzadə baş məşqçi Yunis Hüseynovun köməkçisi təyin edilib.
Əlli yeddi yaşlı mütəxəssisin son iş yeri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası olub. Y.Vahabzadə baş məşqçi kimi son iki ildə bu komandanı çalışdırıb.