logo

Məmmədyarov Berlində üçüncü dəfə sülhə razılaşdı

23:49 14-03-2018 | icon 2891
Məmmədyarov Berlində üçüncü dəfə sülhə razılaşdı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirində dördüncü turun oyunları keçirilib.YeniAvropa xəbər verir  ki,  turnirin reytinq favoriti olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dördüncü  turda ABŞ şahmatçısı Uesli Co ilə qarşılaşıb. Oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster ardıcıl üçüncüi görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2,5 xal var.

Dördüncü turun digər görüşlərində isə Ermənistan təmsilçisi Levon Aronyan  rus şahmatçı Sergey Karyagini məğlub edib. Digər rusiyalı şahmatçı Aleksandr Qrişuk isə çinli  Din Lijen ilə heç-heçə oynayıb. Hazırda Rusiya idmançısı Vladimir Kramnik  amerikalı Fabiano Karuana görüşü davam edir. Qalıb gələcəyi təqdirdə Kramnik turnirin vahid lideri olacaq. Belə ki, üçüncü turdan sonra onun 2.5 xalı var idi. Amerikalı idmançı isə ondan 0,5 xal geri qalırdı.

Sabah 5-ci turda Ş.Məmmədyarovun rəqibi çin idmançısı Din Lijen olacaq.

Qeyd edək ki, martın 10-da start götürən turnir martın 28-dək davam edəcək.Turnirdə 8 qrossmeystr 2 dövrədə qalib adı uğrunda yarışır. Turnirin qalibi şahmat tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsen ilə oynayacaq. İştirakçılar arasında reytinq əmsalına görə Şəhriyar Məmmədyarov öndə gedir(2809 xal). Sonrakı yerlərdə  Vladimir Kramnik(Rusiya, 2800),  Ueslo Co(ABŞ,2799), Levon Aroyan(2794), Fabiano Karuana(ABŞ,2794), Din Lijen(Çin,2769), Aleksandr Qrişuk(Rusiya, 2767) və Sergey Karyakin(Rusiya,2763) gəlirlər.

Əgər dairəvi sistem üzrə keçirilən turnirdə qalib müəyyənləşməsə,  o zaman birinci yerin sahibini müəyyənlşdirmək üçün əlavə göstəricilərə baxılacaq :1. Öz aralarında keçirilən oyunun nəticəsi 2.Qələbələrin ümumi sayı 3.Zonneborna-Berqer əmsalı .Əgər bu göstəricilər də yetərli olmazsa , o zaman qalib martın 28-də keçiriləcək  əlavə tay-breklə müəyyənləşəcək.  

Qeyd edək ki, reqlamentə görə, idmançıya 44 gediş üçün 100 dəqiqə vaxt verilir, sonra 20 gediş üçün 50 dəqiqə və partiyanın sonudak daha 15 dəqiqə.

Yarışlar Bakı vaxtı ilə saat 18-00-da başlanır.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov  ilk turda qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda erməni Levon Aronyan, III turda isə amerikalı  Fabiano Karuanala heç-heçəyə razılaşıb.