logo

"Bavariya" İstanbulda adını 1/4 finala yazdırdı

23:17 14-03-2018 | icon 2751
"Bavariya" İstanbulda adını 1/4 finala yazdırdı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. Günün ilk matçında "Beşiktaş" Münhenin "Bavariya"sını qəbul edib. YeniAvropa  xəbər verir ki, bu oyun daha çox formal xarakter daşıyıb. Belə ki, İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı məğlubiyyeti almanların faktiki olaraq növbəti mərhələyə adlamasını təmin edib.

Oyunda ilk qol almanlardan gəlib. Alkantra matçın 18-ci dəqiqəsində "Bavariya"nı hesabda irəli çıxardı: 1-0.

Gökhan Gönül ikinci hissənin əvvəlində avtoqol müəllifi oldu: 2-0."Beşiktaş" matçın 59-cu dəqiqəsində Vaqner Lavın qolu ilə fərqi azaltdı: 2-1. Oyunda son nöqtəni də elə almanlar qoyub. Vaqner 84-cü dəqiqədə hesabı iki topa çatdırıb-3-1. Beləliklə, "Beşiktaş" "Bavariya"ya 3-1 hesabı ilə məğlub olub. İki görüşün nəticəsinə əsasən, (1-8) məğlub olan qardaş ölkə təmsilçisi mübarizəni dayandıblar. "Bavariya" isə 1/4 finala yüksəlib.

Günün digər görüşündə "Barselona" "Çelsi"ni sınağa çəkəcək.