logo

Banklarda dollar dəyişməyə məhdudiyyət qoyulmayıb-RƏSMİ

18:50 22-06-2020 | icon 2709
Banklarda dollar dəyişməyə məhdudiyyət qoyulmayıb-RƏSMİ

Hazırda banklarda valyuta mübadiləsi əməliyyatlarına heç bir əlavə məhdudiyyətlər qoyulmur. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasından(ABA  bildirilb. Qeyd edilib ki, banklar tərəfindən hazırkı dövrdə xarici valyuta üzrə mübadilə əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir yeni qayda tətbiq edilmir. Eləcə də , bununla bağlı banklara yeni prosedurların müəyyən edilməsi ilə əlaqədar Mərkəzi Bankdan hər hansı bir sənəd daxil olmayıb.

"Hazırda ölkəmizdə həyata keçirilən kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin edilməsi tədbirləri çərçivəsində banklar mövcud qanunvericliklə onlara həvalə edilmiş vəzifələrini tam həcmdə həyata keçirilməsini təmin edirlər. Vətəndaşlarımız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş karantin rejiminin tələblərinə əməl etməklə istənilən bankda valyuta mübadiləsi əməliyyatlarını mövcud qanunvericiliyin tələbləri çərçivəsində, heç bir əlavə məhdudiyyət və maneə olmadan tam həcmdə həyata keçirə bilərlər",-deyə ABA-nın məlumatında bildirilib. 

Xatırladaq ki, son günlərdə banklar tərəfindən Mərkəzi Bankının yeni tələbləri çərçivəsində xarici valyuta əməliyyatlarının həyata keçirilməsi üzrə yeni məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumatlar yayılmadadır.