logo

Prezident:"Yaxın zamanlarda Mingəçevir  İES-in açılışını edəcəyik"

15:11 11-06-2020 | icon 2079
Prezident:"Yaxın zamanlarda Mingəçevir  İES-in açılışını edəcəyik"

Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışını edəcəyik.

 YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyunun 11-də Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında çıxışında deyib.

“Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”, - deyə prezident vurğulayıb.