logo

Qadın şahmatçılarımız Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlaşırlar

21:17 13-03-2018 | icon 2758
Qadın şahmatçılarımız Tbilisidə keçiriləcək Avropa çempionatına hazırlaşırlar

Martın 30-dan aprelin 1-dək Tbilisidə qadın şahmatçılar arasında blits üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, çempionatda Azərbaycan da daxil olmaqla 15 ölkədən 80 idmançı iştirak edəcək.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze deyib ki, Tbilisi şəhər meriyasının baş sponsorluğu ilə təşkil olunacaq çempionatda şahmat üzrə ən güclü idmançılar, o cümlədən dünya və Avropa çempionları mübarizə aparacaqlar. Favoritlər arasında blits üzrə hazırkı Avropa çempionu Nana Dzanqnidze də var.

G.Georqadze Gürcüstanda şahmatın inkişafında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu yüksək qiymətləndirib. Federasiyanın prezidenti bu köməyə görə SOCAR rəhbərliyinə minnətdarlıq edib.