logo

Yük maşını velosipedçini vurub öldürdü

20:31 31-05-2020 | icon 2002
Yük maşını velosipedçini vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İnsident rayonun Mexkalon yaşayış məntəqəsində qeydə alınıb.

Abşeron rayon Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, 1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.