logo

Müdafiə Nazirliyi:"Düşmənlə danışmağın yeganə dili silah gücüdür"

13:11 31-05-2020 | icon 1967
Müdafiə Nazirliyi:"Düşmənlə danışmağın yeganə dili silah gücüdür"

“Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək”. 

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

 “Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır”, -deyə məlumatdaqeyd edilib.